"Əfqanıstanda Talibanın rol götürmədiyi bir gələcəyi qeyri-mümkün görürük, ancaq...", C.Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Talibanın Əfqanıstanın gələcəyinə müdaxilə etməsində oynaması labüd olan rolün güclü olmamasının vacibliyini bildirib.

1122436

Hindistanın NDTV televiziya kanalına açıqlama verən Zərif Taliban ilə rəsmi görüşləri keçən həftə başlatdıqlarını qeyd edib.

Talibanın Əfqanıstanda rol götürməsinin qaçılmaz olacağını ifadə edən Zərif “Əfqanıstanda Talibanın rol götürmədiyi bir gələcəyi qeyri-mümkün görürük, ancaq bununla yanaşı Talibanın Əfqanistanda güclü rola sahib olmamasının vacibliyini düşünürük. Əlbəttə bu, əfqanlıların verəcəyi bir qərardır” deyib.  

Zərif Pakistanın Əfqanıstandakı yanaşmasına dair bir suala cavabən bildirib ki, rəsmi İslamabad bölgədə müsbət rol götürür. Pakistanın Əfqanıstandakı rolu dəyişdi və hazırda Əfqanıstanda davam edən sülh prosesində müsbət rol götürdüyünü düşünürük.

Әlaqәli Xәbәrlәr