İsrailin Ədliyyə naziri terroru dəstəklədi

İsrailin Ədliyyə naziri Ayelet Şakedin qalmaqallı açıqlamalarına yenisi əlavə olundu.

1113624
İsrailin Ədliyyə naziri terroru dəstəklədi

İsrailin Ədliyyə naziri Ayelet Şakedin qalmaqallı açıqlamalarına yenisi əlavə olundu.
 

 Fələstinli analara qarşı ölüm çağırışı edən irqçi bir yazıdan gətirdiyi sitatı sosial media hesabından bölüşdüyü üçün daha əvvəl də reaksiyalarla üzləşən Şaked bu dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qara təbliğat apardı, beynəlxalq ictimaiyyəti separatçı terror təşkilatı YPG/PKK-nı qorumağa çağırdı.
 
"Fələstinli şəhidlərin anaları da öldürülməlidir, onların uşaqları kiçik bir ilandır" şəklindəki qalmaqallı ifadələri 2014-cü ildə sosial media hesabından bölüşdükdən sonra Şaked Benyamin Netanyahu hökumətində Ədliyyə nazirii vəzifəsinə gətirildi. 

 

 İsrailin "Jerusalem Post" qəzetində dərc olunan xəbərə görə, "Ordu" radiosuna müsahibə verən Şaked Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxmasının "Prezident Ərdoğanı gücləndirəcəyini, İsrailin isə ziyanına olacağını" deyib.
 
 Şaked Suriyadakı separatçı terror təşkilatı YPG/PKK-nın mövcudluğunu nəzərdə tutaraq: "Ümid edirəm ki, kürdlər Türklərə qarşı döyüşlərdə qalib gələrlər. Ümid edirəm ki, beynəlxalq cəmiyyət Ərdoğanın kürdləri qətlə yetirməsinin qarşısını alar" ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr