İordaniyada ümumi əfv elan edildi

İordaniyada 2018 ümumi əfv qanun layihəsi Nazirlər Kabinetində qəbul edildi.

1113243
İordaniyada ümumi əfv elan edildi

Bildirilir ki, qanun layihəsiylə "tolerantlıq və bağışlaya bilmə anlayışını mənimsətmək, ictimai təhlükəsizlik anlayışını gücləndirmək, xalqın məruz qaldığı çətinlik və təzyiqləri yüngülləşdirmək, məhkum və cinayətkarlara özlərini islah etmələri üçün imkan və fürsət vermək onları yenidə cəmiyyət ilə bütövləşdirmək qarşıda məqsəd goyulub.

Təqribən 11 min nəfərin istifadə edəcəyi proqnozlaşdırılan qanun layihəsindən "casusluq, iqtisadi cinayətlər, karrupsiya, terror, dövlət vəzifəlilərinə və dövlətin təhlükəsizliyinə zərər verən təhlükəli cinayətlər ilə narkotik maddə qaçaqmalçılığı, yandırmaq, cinayət, fırıldaqçılıq, vergi və gömrük qaçaqmalçılığı kimi maliyyə cəzalar və xalqın həyatını təhlükəyə salan yol get-gəli pozuntuları" kimi cinayətlər səbəbiylə həbs olunanlar istifadə edə bilməyəcəklər.

İordaniya qanunlarına görə, kabinetin qəbul etdiyi qanun layihəsi məclis və Kralın təsdiqindən sonra qüvvəyə minər.

Qeyd edək ki, İordaniyada, xalq Dekabrın əvvəlindən tutmuş ümumi əfv tələb edirdi. Xalqın tələbinə biganə qalmayan Kral 2. Abdullah, 13 Dekabrda ümumi əfv üçün qanun layihəsi çıxarılmasına dair təlimat verdi.



Әlaqәli Xәbәrlәr