İraqda yeddi kütlәvi mәzarlıq da aşkar edildi

Bu barәdә İraq Federal Polis İdarәsinin mәtbuat katibi Hüseyin Macid mәlumat verib.

1110331
İraqda yeddi kütlәvi mәzarlıq da aşkar edildi

İraqın şimal-qәrbindә yerlәşәn Kәrkükün Havicә qәsәbәsinin meşәlәrindә kütlәvi mәzarlıq  aşkar edildi.

Bu barәdә İraq Federal Polis İdarәsinin mәtbuat katibi Hüseyin Macid mәlumat verib.

Hüseyin Macid bildirib ki, Havicә meşәlәrindә yeddi kütlәvi mәzarlıq aşkar edildi.

Meşәdә aşkar edilәn kütlәvi mәzarlıqda qadın, uşaq vә İraq tәhlükәsizlik qüvvәlәrinә mәxsus cәsәdlәrin  olduğunu bildirәn Macid: ‘‘Qurbanların terror tәşkilatı DEAŞ tәrәfindәn öldürüldüyü tәxmin edilir’’ ifadәlәrini işlәdib.

Hüseyin Macid kütlәvi mәzarlığın tәhlükәsizlik xidmәti әmәkdaşları tәrәfindәn aşkar edildiyini sözlәrinә әlavә edib.

İraq Federal Polis İdarәsinin rәsmisi  mәzarlıqda çox sayda mülki vә hәrbi geyimin aşkar edildiyini dә  söylәyib.

Birlәşmiş Millәtlәr Tәşkilatı İraqda daha әvvәl terror tәşkilatı DEAŞ-ın nәzarәtindә olan bölgәlәrdә 200-dәn çox kütlәvi mәzarlığın aşkar edildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr