“Türk tərəfdaşlarımıza güvənməmək üçün heç bir səbəb yoxdur”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Patriot sistemlərinin Türkiyəyə satışına icazə verməsi, Rus S-400 raket sistemlərinin satış prosesi ilə əlaqəli deyil. Mövcud müqavilənin tətbiqi davam edir. Bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.

1109891
“Türk tərəfdaşlarımıza güvənməmək üçün heç bir səbəb yoxdur”

Dmitriy Peskov mövzu ilə əlaqəli açıqlamasında: “Hazırda Türk rəsmilər ilə bağlanan müqavilələr tətbiq edilir. Məlum S-400 layihəsi və müqaviləsi tətbiq mərhələsindədir və bundan imtina edilməyəcək. Türkiyənin S-400 havadan müdafiə raket sistemləri ilə əlaqədar məlumatlar ifşa edilməyəcək. Rusiyanın digər ölkələrlə etdiyi hərbi-texniki əməkdaşlıq ilə əlaqəli məlumatları bölüşməməsi mövzusunda qanuni öhdəlikləri vardır. Türk tərəfdaşlarımıza güvənməmək üçün heç bir səbəb yoxdur” - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət departamenti, 3.5 milyard dollarlıq Patriot havadan müdafiə sistemlərinin Türkiyəyə satışını nəzərdə tutan qərarı təsdiq etmişdi.



Әlaqәli Xәbәrlәr