Tehran BMT-nin İranla bağlı qətnaməsinə reaksiya göstərdi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Birləşmiş Millətlər Təşkilatının Tehran rəhbərliyi əleyhinə qərarını qınadı.

1109866
Tehran BMT-nin İranla bağlı qətnaməsinə reaksiya göstərdi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Birləşmiş Millətlər Təşkilatının Tehran rəhbərliyi əleyhinə qərarını qınadı.
 
 İran parlamentinin sədr müavini Əli Mutahhari məclis kürsüsündən Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının BMT Baş Məclisində qəbul edilən İrandakı insan haqları pozuntuları ilə bağlı qətnamə layihəsi barəsindəki bəyanatını oxudu. 

Bəyanatda BMT Baş Məclisinin İranla bağlı qəbul etdiyi qətnamə "ikili standartlı" kimi səciyyələndirilir.
 
 Bəyanatda İranın terror hücumlarının qurbanı olduğu və insan haqlarının hər yerdən daha çox İran müxalifləri tərəfindən pozulduğu bildirilir.
 
 Qeyd etmək lazımdır ki, BMT Baş Məclisində bir gün əvvəl Kanadanın təklifi ilə İranda insan haqları pozuntularını qınayan qətnamə layihəsi 84 ölkənin lehinə səs verməsi ilə qəbul edilib.
 
 Qətnamədə İranda davam edən insan haqları pozuntularına görə dərin narahatlıq qeyd edilir, ölkədə beynəlxalq standartlara uyğun gəlməyən ittihamlarla verilən yüksək sayda edam hökmləri və uşaqlara da edam cəzasının tətbiq olunması qınanılır.
 
 İşgəncə, pis rəftar, toplantı, mitinq və söz azadlığının pozulmasının, azlıqlara və qadınlara qarşı diskriminasiyanın da tənqid edildiyi qətnamədə bu məsələləri düzəltmək üçün Tehran rəhbərliyinə çağırış edilir.



Әlaqәli Xәbәrlәr