Mәsud Bәrzani Bret Makqurkla görüşdü

Mәlumata görә, görüş mәtbuata qapalı keçirilib.

1109032
Mәsud Bәrzani Bret Makqurkla görüşdü

İraq Kürd Regional Rəhbərliyinin  keçmiş rəhbəri Məsud Bərzani ilə Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın terror təşkilatı DEAŞ-la  mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqurk (Brett McGurk) Suriyanın siyasi və təhlükəsizlik mәsәlәlәrini müzakirә ediblәr.

Mәsud Bәrzani vә Bret Makqurkun rәhbәrlik etdiyi nümayәndә heyәti  İraq Kürd Regional Rəhbərliyinin sabiq liderinin Әrbilin Sәlahәddin qәsәbәsindәki iqamәtgahında bir araya gәliblәr. Mәlumata görә, görüş mәtbuata qapalı keçirilib.

Görüşdә Bret Makqurkun rәhbәrlik etdiyi nümayәndә heyәti  Suriyanın siyasi vә tәhlükәsizlik vәziyyәti başda olmaqla terror tәşkilatı DEAŞ-la mübarizә vә ABŞ-ın Suriyadakı strategiyası  ilә bağlı Mәsud Bәrzaniyә  mәlumat verib.

Mәsud Bәrzani isә Suriyadakı kürdlәrin gәlәcәyi ilә bağlı qayğılarını dilә gәtirib.

Qeyd eddәk ki, görüşdә ABŞ-ın rәhbәrliyindәki DEAŞ-la mübarizә koalisiyasının nümayәndәsi Uilyam Rebuk (William Roebuck), ABŞ-ın Bağdaddakı sәfiri Duqlas Siliman (Douglas Silliman) vә ABŞ-ın Әrbildәki konsulu  Stav Faqin (Stave Fagin) da iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr