"İsveçdə əldə olunun nəticə danışıqların davamı üçün "ümidverici"dir", B.Qasımi

İran İsveçdə Yəmən hökuməti ilə Husiler arasında əldə olunan razılaşmanın danışıqların davamı üçün "ümidverici" olduğunu bildirdi.

1107142
"İsveçdə əldə olunun nəticə danışıqların davamı üçün "ümidverici"dir", B.Qasımi

İran İsveçdə Yəmən hökuməti ilə Husiler arasında əldə olunan razılaşmanın danışıqların davamı üçün "ümidverici" olduğunu bildirdi.

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi İsveçdə dünən başa çatan Yəmən danışıqlarına dair verdiyi yazılı açıqlamada bildirib ki, tərəflər arasında müqavilələr müsbətdir və aralarındakı etibarı artırır.

 Hudeydə məsələsində qəbul edilən razılayma da böyük əhəmiyyət dayışır. Bu anlayış müzakirələrdə iştirak edən yəmənli qrupların Yemənin əzilən xalqının pis şərtlərini tam olaraq dərk etdiyini ortaya qoyur.

 İsveçdə əldə edilən nəticənin danışıqların davamı üçün "ümidverici" olduğunu qeyd edən Qasımi müqavilələrin müəyyən edilən çərçivədə tətbiq olunmasına ümid etdiklərini, bu sayədə yekun razılaşmaya nail olmaq üçün danışıqların davamının təmin ediləcəyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin himayəsində 6-13 dekabrda İsveçdə aparılan Yəmən mövzusunda məsləhətləşmələrdə əsir və məhbusların sərbəst buraxılması, Hudeydedeki münaqişələr, Mərkəzi Bankın vəziyyəti, Taiz blokadası, humanitar yardımların çatdırılması və Sana hava limanının vəziyyəti kimi mübahisəli məsələlər müzakirə edilmişdi.

 Hudeyde Limanından hərbi qüvvələrin çıxarılması və əsir mübadiləsində razılaşma təmin edən tərəflər Taiz şəhərinə humanitar yardım dəhlizi açılması üçün bir komitə yaradılaraq danışıqlara başlanması məsələsində də razılığa gəlmişdi.



Әlaqәli Xәbәrlәr