DEAŞ-ın komandirlərindən əl-Umarayn öldürüldü

ABŞ-nın başçılıq etdiyi koalisiya qüvvələrinin, Suriyada həyata keçirdikləri avia hücum nəticəsində terror təşkilatı DEAŞ-ın dırnaqarası yüksək səviyyəli komandirlərindən Əbu əl-Umarayn öldürülüb

1099539
DEAŞ-ın komandirlərindən əl-Umarayn öldürüldü

Xatırladaq ki, Umarayn 2014-cü ildə 26 yaşlı ABŞ vətəndaşı hümanitar yardım işçisi Peter Kassiginin də aralarında olduğu girovqanları öldürən teröristdi. DEAŞ-a qarşı mübarizə edən koalisiya qüvvələrindən mövzu ilə əlaqəli yayılan açıqlamada Suriyanın Badiyə səhrasında həyata keçirilən hücumda əl Umaraynın öldüyünə dair xəbər təsdiq edilib.

Hərəkatın sözçüsü polkovnik Sean Ryan koalisiya qüvvələri üçün böyük təhdid təşkil edən və DEAŞ-ın girov götürdüyü insanların başlarını kəsən Əbu əl-Umarayn və onu müşayiət edən terroristlərin öldürüldüyünü açıqlarkən, ABŞ-nın DEAŞ-a qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk da sasial media hesabından yaydığı açıqlamada Koalisiya qüvvələrinin səhər radələrində Suriyanın cənub-şərqinə istiqamətli hücumlarından Əbu əl-Umaraynın öldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr