“Türkmənlərin siyasi  mövqeyi gücləndirilməlidir”

İraq Kürd Regional Rəhbərliyində formalaşdırıylması planlaşdırılan koalisiya hökumətində aktiv iştirak etmək istəyirik. Bunu İraq Türkmən Cəbhəsi deyib.

1097784
“Türkmənlərin siyasi  mövqeyi gücləndirilməlidir”

İraq Türkmən Cəbhəsi mövzu ilə bağlı Ərbildə yığıncaq keçirib. İclasa Türkmən millət vəkilləri, Türkmən siyasi partiyası səlahiyyətliləri, akademiklər və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

İraq Türkmən Cəbhəsinin  Ərbil Millət vəkili Aydın Maruf, yığıncaqdan sonra verdiyi açıqlamada, bütün Türkmən tərəflərin qatıldıqları yığıncaqda Türkmənlərin yeni formalaşdırılacaq koalisiya hökumətində iştirakı mövzusunda qərar qəbul edildiyini bildirib. Deputatın sözlərinə görə yeni hökumətdə güclü təmsil huququna sahib olmaq istəyən Türkmənlər  yeni  hökumətdə Baş nazir müavini və Türkmen işləri üzrə nazirlik vəzifələrini  icra   etmək  istəyirlər.

İraq Kürd Regional Rəhbərliyinin Türkmən Millət vəkili Məhəmməd İlxanlı da əvvəlki kabinetdə Türkmənlərin bir nazirlik ilə təmsil edildiklərini xatırladaraq, yığıncaqda hökumət ortağı olmaq istədiklərini səsləndirdiklərini qeyd edib və Türkmənlərin siyası mövqelərinin gücləndirilməsinin lazım gəldiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr