Bəşər Əsəd rejimi ABŞ vətəndaşı aktivistə işgəncə verərək öldürüb

Suriyada Bəşər Əsəd rejiminin 2 il əvvəl həbs etdiyi ABŞ vətəndaşı aktivist Leyla Şüveykanini işgəncə verərək öldürdüyü bildirildi.

1098098
Bəşər Əsəd rejimi ABŞ vətəndaşı aktivistə işgəncə verərək öldürüb

Suriyada Bəşər Əsəd rejiminin 2 il əvvəl həbs etdiyi ABŞ vətəndaşı aktivist Leyla Şüveykanini işgəncə verərək öldürdüyü bildirildi.

Mərkəzi qərargahı Londonda olan Suriya İnsan Hüquqları Komitəsinin (SHRC) bəyanatına görə, Əsəd rejimi 2026-cı ildə həsb etdiyi 28 yaşındakı Şüveykaninin ölüm xəbəri 4 gün əvvəl ailəsinə çatdırılıb.

Bəyanatda bildirilib ki, Şüveykanidən ən son 26 dekabr 2016-cı il tarixində paytaxt Dəməşdəki Adra həbsxanasında məhkum ikən xəbər alına bilib, ancaq o tarixdən bəri ailənin qızları ilə əlaqəsi kəsilib. Rejim 26 noyabrda ABŞ vətəndaşlığı da olan Dəməşqdə doğulan bilgisayar mühəndisi Leyla Şüveykaninin öldüyünü rəsmilərə bildirib.

Suriya Müxalif və İnqilab Qüvvələr Milli Komissiyası da verdiyi açıqlamada gənc qadının ölümündən məsul olanların mühakimə edilməsini istədi.

SMDK Suriyada on minlərlə dinc vətəndaşın ölümündən məsul tutulan Əsəd rejiminin qınanması üçün lazım olan addımların atılmasının vacibliyini bildirdi.



Әlaqәli Xәbәrlәr