Yəmənin Xarici İşlər naziri: "Husilər müharibə tərəfdarıdır"

Yəmənin Xarici İşlər naziri Xalid əl-Yəmani ölkədəki sülh səylərinin Husilərin mövqeyi səbəbindən nəticəsiz qaldığını bildirdi.

1096349
Yəmənin Xarici İşlər naziri: "Husilər müharibə tərəfdarıdır"

 Yəmən rəsmi agentliyi SABA-nın yaydığı xəbərə görə, Yəmənin Xarici İşlər naziri Xalid əl-Yəmani  Amerika Birləşmiş Ştatlarının Sanadakı səfiri Metyu H. Tuellerlə (Matthew H. Tueller) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüb.
 
 Yəmani görüşdə  hökumətinin BMT-nin Yəmən  üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin (Martin Griffiths) Yəmən xalqının humanitar problemlərini aradan qaldırmaq üçün göstərdiyi səy və etdiyi müraciətlərə müsbət yanaşdığını ifadə edib.
 
 Yəmən hökumətinin səylərinin Sanada Husi rəhbərliyinin inadkarlığı ilə üzləşdiyini dilə gətirən Yəmani Husilərin sülhü rədd edən, müharibə tərəfdarı olan bir mövqe nümayiş etdirdiklərini bildirib.
 
Yəmani beynəlxalq ictimaiyyəti  Husilərə daha çox təzyiq göstərməyə çağırıb.
 
 Qeyd edək ki, BMT-nin Yəmən  üzrə xüsusi nümayəndəsi Martin Qriffits  keçən həftə Sanaya səfər edərək Husilərin lideri Əbdülməlik əl-Husi ilə görüşmüşdü.
 
 



Әlaqәli Xәbәrlәr