ABŞ qüvvələri Suriyanın şimal-şərqində nəzarət məntəqələri quracaq

ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın sözçüsü polkovnik Sen Ryan Suriya sərhədində nəzarət məntəqələrinin qurulacağını açıqladı.

1096308
ABŞ qüvvələri Suriyanın şimal-şərqində nəzarət məntəqələri quracaq

ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın sözçüsü polkovnik Sen Ryan Suriya sərhədində qurulacaq nəzarət məntəqələrinin məqsədinin bu ölkədən qaçıb Türkiyəyə girməyə cəhd edəcək terror təşkilatı DEAŞ silahlılarının qarşısının alınması olduğunu bildirdi.

  Polkovnik Ryan video-konfrans vasitəsilə ABŞ-ın Müdafiə Nazirliyinə İraq və Suriyada davam edən DEAŞ əleyhinə əməliyyatlar barədə məlumat verib.

Ryan Türkiyə ilə ABŞ-ın Münbiçdə həyata keçirdiyi birgə nəzarət əməliyyatı ilə terror təşkilatlarının bu bölgəyə girməsinin qarşısının alındığını və bölgədə vəziyyətin normallaşmasına töhfə verdiyini qeyd edib.

Polkovnik Ryan sərhəd ərazilərində neçə nəzarət məntəqəsinin qurulacağına dair suala cavabən isə deyib ki, hələ nəzarət məntəqəsi qurulmayıb, ancaq hazırda bir neçəsinin yeri müəyyənləşdirilib.

ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın sözçüsü polkovnik Sen Ryan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın nəzarət məntəqələrilə bağlı reaksiyası xatırladılaraq bu məntəqələrlə YPG-nin qorunmasının da hədəf götürülüb götürülmədiyi sualı qarşısında isə bildirib ki, bu, Suriyanın şimal-şərq bölgəsinin təhlükəsizliyi üçün atılan bir addımdır və Türkiyənin narahatlıqları da nəzərdə tutulur. Münasibətilə əhəmiyyət kəbs edir.

Ryan Türkiyənin bunu təsdiqləyib təsdiqləmədiyinə dair suala isə belə cavab verib: “Türkiyəyə mövzu ilə əlaqədar məlumatlar verildi”.

Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri Ceyms Mattis keçən həftə ABŞ-ın Suriyanın şimal-şərq sərhədində nəzarət məntəqələri quracağını bəyan etmiş və bu məntəqələrin Türkiyəyə yönəldilmiş hər hansı təhdidə qarşı məlumatlandırmaq məqsədilə qurulduğunu söyləmişdi.

Milli Müdafiə naziri Hulusi Akar isə mövzuyla bağlı narahatlığını dilə gətirərək, amerikalı həmkarına reaksiya göstərmişdi.



Әlaqәli Xәbәrlәr