Rusiyanın gözəgörünməz "kabus təyyarəsi" Suriya havalarında uçdu

Rusiya ordusunun "kabus təyyarəsi" – Su-57 modelinin 5-ci nəsil döyüş təyyarəsi Suriyada sınaq uçuşu həyata keçirib.

1091055
Rusiyanın gözəgörünməz "kabus təyyarəsi" Suriya havalarında uçdu

  Rusiya Müdafiə Nazirliyi test mərhələsində olan Su-57 modelinin 5-ci nəsil döyüş təyyarəsinin Suriyadakı sınaq uçuşu görüntülərini yayımlayıb. Nazirlikdən verilən yazılı açıqlamada bildirilir:

  “Beşinci nəsil təyyarənin həqiqi müharibədə qabiliyyətini təsdiq etmək üçün uçuşlar həyata keçirdik. Yüksək temperatur və digər ağır şəraitlərdə təyyarənin uçuşu, “ağıllı” informasiya, idarəetmə və silahlar da daxil olmaqla bütün sistemlərini yoxladıq.

  Su-57 ekipajı Suriyada 10-dan çox uçuş həyata keçirib.”

  Rusiya Müdafiə Nazirliyi görüntülərdəki iki Su-57 təyyarəsinin sınaq uçuşlarının Suriyanın hansı bölgəsində və hansı tarixlərdə etdiyinə dair məlumatı isə bölüşməyib.

  Qeyd edək ki, Rusiyanın “Sukhoi” zavodu tərəfindən istehsal edilən Su-57 modelinin 5-ci nəsil çoxməqsədli ovçu döyüş təyyarəsi görünməzlik xüsusiyyətinə görə Rusiya tərəfindən "kabus təyyarə" adlandırılıb.

  Su-57-nin ilk sınaq uçuşu 2010-cu ildə edilib.



Әlaqәli Xәbәrlәr