Cavad Zərif: "ABŞ sanksiyaların bütün problemləri həll edəcəyini düşünür, amma həll etmir"

İran Xarici İşlər naziri Cavad Zərif Amerika Birləşmiş Ştatlarını sanksiya asılısı kimi səciyyələndirdi.

1077952
Cavad Zərif: "ABŞ sanksiyaların bütün problemləri həll edəcəyini düşünür, amma həll etmir"

İran Xarici İşlər naziri Cavad Zərif Amerika Birləşmiş Ştatlarını sanksiya asılısı kimi səciyyələndirdi.

 İran Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın CBS televiziyasına verdiyi açıqlamada ABŞ-ın İrana qarşı sanksiyalarını dəyərləndirdi.

 Sanksiyaların psixoloji təsiri olduğuna inandığını bildirən Zərif bu təsiri daha əvvəl hiss etməyə başladıqlarını, lakin noyabrın 4-də dövrəyə girəcək ABŞ sanksiyalarının çox böyük təsiri olmayacağını düşündüyünü söylədi.

 Zərif bunları söylədi: "Sanksiyaların iqtisadi təsiri olacaq, lakin siyasətlərimizi dəyişdirməyəcək. ABŞ bunu öyrənməlidir. ABŞ sanksiya asılısıdır, sanksiyaların bütün problemləri həll edəcəyini düşünür, amma həll etmir"

Sanksiyaların xalqa zərər verdiyinə diqqət çəkən Zərif hökumət olaraq sanksiyaların xalq üzərindəki təsirini minimuma endirmə vəzifəsini daşıdıqlarını ifadə etdi.

 Zərif İranın maraqlarına xidmət etdiyi müddətdə nüvə müqaviləsindən çəkilməyəcəyini vurğulayaraq: "Prezident Trampı bunun mümkün olan ən yaxşı müqavilə olduğuna əmin edirəm. Daha yaxşısı mümkün deyil" dedi.

İran Xarici İşlər naziri  İranın nüvə müqaviləsini yenidən müzakirə etməyəcəyini də sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr