Putin Soçi razılaşması çərçivəsində Türkiyə ilə həmrəylik içində işlədiklərini bildirdi

Rusiya prezidenti Vladimir Putin Suriyanın İdlib bölgəsində atəşkəsin qorunması ilə əlaqəli Soçi razılaşması çərçivəsində Türkiyə ilə həmrəylik içində işlədiklərini bildirdi.

1061909
Putin Soçi razılaşması çərçivəsində Türkiyə ilə həmrəylik içində işlədiklərini bildirdi

Rusiya prezidenti Vladimir Putin Suriyanın İdlib bölgəsində atəşkəsin qorunması ilə əlaqəli Soçi razılaşması çərçivəsində Türkiyə ilə həmrəylik içində işlədiklərini bildirdi.

Putin Sank-Peterburqda Ermitaj muzeyində Avstriyanın Baş naziri Sebastian Kurz ilə görüşündən sonra təşkil edilən birgə mətbuat kofransında həmin mövzuya toxunaraq deyib ki, Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı və Astana prosesində qəbul edilən razılaşmalar əsasında siyasi prosesin fəal olacağına ümidimiz var. Bu, Suriyada normal həyata keçiş üçün vacib olan şərtlərin yaranmasına təkan verəcəkdir.

İdlibdəki vəziyyətin Türkiyə və Rusiyanın gördüyü tədbirlər çərçivəsində  normallaşmağa başladığını deyən Putin bildirib ki, bununla bağlı fəaliyyətlər adi axarında davam edir. Hədəflərə çatılacağına inanmaq üçün səbəblər var. İdlibdə bir dənə də ağır silahdan istifadə edilməyəcək. Çünki müharibə uğrunda toqquşmaq lazım deyil. Müəyyən hədəflərə çatmalıyıq.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə İdlibdə təhlükəsiz bölgə yaradılması mövzusunda razılıq əldə etdikləri 17 sentyabr tarixli “Soçi razılaşması”nı xatırladan Putin bölgədə Türkiyə Silahlı Qüvvələri və Rusiya hərbi polisinin yardımları ilə ortaq nəzarətlər də daxil olmaqla planlı fəaliyyətlərin davam edəcəyini, iki tərəfin də məsuliyyətlərini yerinə yetirdiyini, həmrəylik içində işlərin görüldüyünü vurğulayıb.



Әlaqәli Xәbәrlәr