İshaq Cihangiri İranda yaşanan problemlәrә görә üzr istәyib

İran prezidentinin birinci müavini İshaq Cihangiri ölkәsindә yaşanan problemlәr sәbәbindәn üzr istәyib.

1060720
İshaq Cihangiri İranda yaşanan problemlәrә görә üzr istәyib

İran prezidentinin birinci müavini İshaq Cihangiri ölkәsindә yaşanan problemlәr sәbәbindәn üzr istәyib.

İranlı Tәlәbәlәr Agentliyinin (İSNA) mәlumatına görә, İranın paytaxtı Tehranda  ölkә daxilindә 1700 mәktәbin açılış mәrasimi münasibәtilә keçirilәn tәdbirdә çıxış edәn İshaq Cihangiri: ‘‘Ölkәyә psixoloji tәzyiq göstәrirlәr. Bәzilәri isә bu tәzyiqdәn istifadә etmәyә çalışır. Bәzi nöqsanlar vә problemlәr sәbәbindәn xalqımızdan üzr istәyirәm’’ deyib.

İranda xalq üçün şərtlərin çәtinlәşdiyini  qəbul etdiyini dilə gətirən İshaq  Cahangiri  bu problemlәrin  bir qisminin Amerika Birləşmiş Ştatlarının sanksiyaları ilə əlaqədar olduğunu bildirib.

Reformistlərə yaxınlığı ilə tanınan  İshaq Cahangiri  ölkəsində baş verən problemlərin bir qisminin isə ölkәnin daxili iqtisadi siyasәtindәn  irəli gəldiyini vurğulayıb.

Cihangiri doğru addımların atılacağı tәqdirdә  problemlərin həll edilə biləcəyini bildirib.

Qeyd edәk ki, İranda xalq ölkədə idarəetmə probleminin olduğunu irəli sürsә dә , ölkә rәhbәrliyi  baş verən böhranlara görә  başda ABŞ olmaqla Qərb ölkələrini tәqsirlәndirir.



Әlaqәli Xәbәrlәr