Qəzza sərhədində 11 fələstinli yaralandı

İsrailin Qəzza sərhədində keçirilən "Böyük Qayıdış Yürüşü" aksiyalarına etdiyi müdaxilədə yaralananların olduğu bildirildi.

1054799
Qəzza sərhədində 11 fələstinli yaralandı

Fələstin səhiyyə mənbələrindən alınan məlumata görə, Qəzzanın şərq sərhədində keçirilən  "Böyük Qayıdış Yürüşü" adlı dinc aksiyalara sərhədin digər tərəfindəki İsrail qüvvələri gözyaşardıcı qazdan istifadə edərək müdaxilə edib.
 
 Müdaxilə nəticəsində 11 fələstinlinin  yaralandığı və gözyaşardıcı qaz nəticəsində boğulma təhlükəsi keçirdiyi qeyd olunub.
 
 Digər tərəfdən onlarla fələstinli İsrailin snayperlərindən qorunmaq üçün sərhəddə rezin təkərlər yandırıb.
 
 Xatırladaq ki, fələstinlilər martın 30-dan bu yana blokadada olan Qəzza zolağının İsrail sərhədində "Böyük Qayıdış Yürüşü" adı ilə dinc aksiyalar keçirirlər.
 
 İsrail əsgərləri sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın aradan qaldırılmasını tələb edən Fələstin vətəndaşlarına həqiqi güllələrlə atəş açırlar.
 
 İsrail əsgərlərinin 30 martdan bu yana davam edən dinc aksiyalara müdaxiləsi nəticəsində 180-dən artıq fələstinli şəhid olub.



Әlaqәli Xәbәrlәr