Kərbəla faciəsi mərasimlərlə yada salınır

Tarixə “Kərbəla facisəi” kimi düşən hadisə xəlifə Müaviyə ibn Əbu Sufyanın ölümündən sonra yerinə keçən oğlu Yezidin zamanında baş verib.

1052936
Kərbəla faciəsi mərasimlərlə yada salınır

  İranın müxtəlif şəhərlərində Məhərrəm ayı çərçivəsində keçirilən mərasimlərdə Kərbəlada şəhid edilən Həzrəti Hüseyn və 72 yaxını yad olunub.  

  Kərbəla şəhidləri üçün paytaxt Tehranın əsas prospekt və məscidlərində təşkil olunan matəm mərasimlərində İranın dini rəhbəri Əli Xamneyi və ölkə prezidenti Həsən Ruhani də iştirak edib.

  Qaralar içində prospektləri dolduran iranlılar "Ya Hüseyn" fəryad edib, mərsiyyələr oxuyub və dəstələr yaradaraq zəncirlə sinələrini, kürəklərini döyüb.

  Loristan əyalətinin mərkəzi Hürremabad şəhərində "Qırx minbər" adı verilən mərasimdə şamlar yandırılıb, ölkənin müxtəlif rayonlarından gələnlər Kərbəla şəhidləri üçün oxunan mərsiyə və ağıları müşayiət edib.

  Qeyd edək ki, tarixə “Kərbəla facisəi” kimi düşən hadisə xəlifə Müaviyə ibn Əbu Sufyanın ölümündən sonra yerinə keçən oğlu Yezidin zamanında baş verib. Yezid Məhəmməd Peyğəmbərin nəvəsi Həzrəti Hüseyndən ona beyət etməsini tələb edib, o isə buna etirazını bildirib. Buna görə Həzrəti Hüseyn və 72 yaxını hicri tarixiylə 680-ci il məhərrəm ayının 10-da İraqda yerləşən Kərbəla düzündə Yezidin ordusu tərəfindən faciəli şəkildə qətlə yetirilib. Yezid ordusuna əsir düşən Həzrəti Hüseynin bacısı Həzrəti Zeynəb isə Dəməşqə aparılaraq orada yaşamağa məcbur edilib.

  İslam tarixinin acı hadisələrindən biri olan Kərbəla faciəsi hicri təqvimi ilə hər il bütün müsəlmanlar tərəfindən Aşura günündə (məhərrəm ayının 10-cu günündə) xatırlanır. Müsəlmanların bir qismi bu günlərdə Kərbəla şəhidləri üçün yas saxlayır, ağı və mərsiyyə deyir, digər qismi isə Qurani- Kərim oxuyur, xalqa ehsan paylayır.



Әlaqәli Xәbәrlәr