Mövlud Çavuşoğlu:"Soçi Memorandumuna əsasən Suriyanın İdlib bölgəsinin sərhədləri qorunacaq"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçi Memorandumuna əsasən Suriyanın İdlib bölgəsinin sərhədlərinin qorunacağını söylədi.

1052030
Mövlud Çavuşoğlu:"Soçi Memorandumuna əsasən Suriyanın İdlib bölgəsinin sərhədləri qorunacaq"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçi Memorandumuna əsasən Suriyanın İdlib bölgəsinin sərhədlərinin qorunacağını söylədi.

Çavuşoğlu ilə Ticarət naziri Ruhsar Pekcan İordaniyanın Xarici İşlər naziri Eymən əs-Safedi və bu ölkənin Ticarət naziri Tarık Hammourilə XİN-də birgə mətbuat konfransı təşkil etdi.

Prezident Rəcəb Tayyib Ardoğan və rus həmkarı Vladimir putin arasında qəbul edilən İdliblə bağlı memoranduma toxunan Çavuşoğlu dedi ki, miqrantların yaxud ev-eşiyindən edilmiş insanların bölgəni tərk etməsinə mane olmaq üçün bir həll yolu tapmaq  vacib idi. Nəticədə Soçi zirvəsində məsələ həllini tapdı. Bu memorandum əsaslarına görə İdlib bölgəsinin sərhədləri qorunacaq. Statusunda hər hansı dəyişiklik olmayacaq. İnsanlar da ev-eşiklərində qalacaqlar.

Çavuşoğlu İdlibə hücum olmaması və Bəşər Əsəd rejiminin bölgəyə girməməsi üçün vcaib olan tədbirləri Rusiyanın görəcəyini vurğuladı: “ Türkiyə və Rusiya İdlib sərhədi ətrafında birgə və koordinasiyalı şəkildə keşik çəkəcək. Bunun üçün əlavə hərbçi göndərmək lazımdır”.

Çavuşoğlu bölgədən çıxarılacaq terror qruplarının "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatı ilə terrordan azad edilən bölgələrə girmələrinə icazə verilməyəcəyini, İdlibdə yaradılacaq deeskalasiya zonasının Türkiyə və Rusiyaya məxsus pilotsuz uçuş aparatları ilə havadan dəstəklənəcəyini söylədi. 

Nazir ilin axırınadək bölgənin ticarət üçün önəmli olan yollarının da yol hərəkətinə açılacağını sözlərinə əlavə etdi.     



Әlaqәli Xәbәrlәr