Kredit götürmək üçün maaş arayışını saxtalaşdıranlar

Kredit götürmək üçün maaş arayışını saxtalaşdıran 21 nəfər həbs olunub

1049015
Kredit götürmək üçün maaş arayışını saxtalaşdıranlar

  Gürcüstan Maliyyə Nazirliyi İstintaq Xidmətinin məlumatına görə, qanunsuz kredit götümək məqsədilə maaş arayışını saxtalaşdıran 21 nəfər məsuliyyətə cəlb olunub. İstintaqda aşkarlanıb ki, ittiham olunanlar kommersiya banklarında ərizə doldurarkən iş yeri və maaş haqqında saxta göstəricilər qeyd edir, bəzi hallarda isə saxta maaş arayışı təqdim edirlərmiş.

  Gürcüstan Cinayət Məcəlləsinin 208-ci maddəsinin birinci hissəsinə əsasən təqsirkar şəxslərin aşkarlanması məqsədilə istintaq gedir. Maddə cəza olaraq 2-dən 5 ilə qədər azadlıqldan məhrumetməni nəzərdə tutur.

  Qeyd edək ki, Maliyyə Nazirliyinin İstintaq Xidməti davamlı olaraq kreditin qanunsuz götürülməsi faktlarını aşkarlamışdır. 



Әlaqәli Xәbәrlәr