Yunanıstanın baş naziri yeni iqtisadiyyat paketini açıqladı

Yunanıstanın baş naziri Aleksis Çipras vergi güzəştlərini və təqaüdlərin artımını ehtiva edən yeni iqtisadiyyat paketini açıqladı.

1045866
Yunanıstanın baş naziri yeni iqtisadiyyat paketini açıqladı

Yunanıstanın baş naziri Aleksis Çipras 83-cü Beynəlxalq Selanik Sərgisinin açılışında etdiyi çıxışında xilasetmə paketindən sonra vergi güzəştləri və sosial islahatları ehtiva edən iqtisadi prespektivdən danışdı.

2015-ci ilin avqustunda çətin bir seçim qarşısında xilasetmə paketini qəbul etdiklərini xatırladan Çipras: "Kreditorlarla razılığa gələrək ölkəmizin Avropa yolunu təhlükəyə atmamağın doğru seçim olduğu sübut edildi. Xilasetmə paketindən sonra yeni dövrün Yunanıstanını inşa etmək üçün şərait yarandı. 6 rüb ərzində iqtisadi böyümə təmin edildi. Statistika Qurumu 2018-ci il üçün böyümə proqnozunu 2,5 faizə qaldırdı" dedi.

Toplu müqavilələri yeniləndirəcəklərini açıqlayan Çipras:"Bütün tərəflərlə danışıqlarımızı başa vurduqdan sonra 2019-cu ildə minimum əmək haqqını yüksəldəcəyik" deyə danışdı.
 
 Çipras, həmçinin, bir çox fərqli vergi növünü və sosial sığorta ödəmələrini azaldacaqlarını dilə gətirdi.
 
 Mənzil vergisini yarıyadək azaldacaqlarını ifadə edən Çipras:"1 yanvar 2019-cu ildən etibarən 4 illik müddətdə qurumların vergisini 29 faizdən 25 faizə salacağıq. 1 yanvar 2021-ci ildən etibarən 24 faiz olan ÖDV-ni 22 faizə salacağıq" dedi.

 Qeyd edək ki,  Yunanıstan 8 il ərzində 3 xilasetmə paketindən sonra 20 avqustda proqramdan çıxan son Avropa ölkəsi olub.



Әlaqәli Xәbәrlәr