İraq parlamentində  ən böyük koalisiya yaradıldı

İraqda seçkilərin qalibi Muktəda əs-Sədr Baş nazir Heydər əl-İbadi, şiə liderlərdən Ammar əl-Həkim, sabiq baş nazir İyad Allavi və prezidentin köməkçisi Usamə Nuceyfi hökumətqurma işləri çərçivəsində ən böyük parlament koalisiyasını yaratdılar.

1041760

 Siyasi partiyaların verdikləri açıqlamada koalisiyanın tərkibində Sairin, Nəsr, Milli Hikmət, Vətəniyyə, Qərar koalisiyası ilə yanaşı, İraq Türkmən Cəbhəsinin və Kərkük ərəb millət vəkillərinin olduğu bildirilir.
 
Beləliklə, parlamentdə 177 millət vəkilinin qatıldığı ən böyük koalisiya hökuməti qurmaq üçün yetərli sayı toplaya bildi.

Әlaqәli Xәbәrlәr