"Xəzər dənizinin quruma ehtimalı var", Ə.Hüseynzadə

İranın Qərbi Azərbaycan əyalətinə bağlı Nəqəde (keçmiş Sulduz, indiki Nakade) rayonu üzrə millət vəkili olan Ə.Hüseynzadə İran Məclisi Xəbər Agentliyinə (ICANA) müsahibəsində deyib

1037143
"Xəzər dənizinin quruma ehtimalı var", Ə.Hüseynzadə

  İran Milli Məclisi Ətraf Mühit Qrupunun üzvü, deputat Əbdülkərim Hüseynzadə təbii və bəşəri amillərin Xəzər dənizinin ekosistemini təhdid etdiyini və bu vəziyyətin dənizin qurumasına yol aça biləcəyini söylədi.

  İranın Qərbi Azərbaycan əyalətinə bağlı Nəqəde (keçmiş Sulduz, indiki Nakade) rayonu üzrə millət vəkili olan Ə.Hüseynzadə İran Məclisi Xəbər Agentliyinə (ICANA) müsahibəsində deyib: “Hökumət düzgün planlaşdırma və büdcə təsisilə ölkənin önəmli varlıqlarından biri olan Xəzər dənizinin qurumasının qarşısını ala bilər. Dənizin quruma ehtimalı var. Milli Məclis və hökumət bu məsələyə biganə qalmamalıdır. Geniş və uzunmüddətli layihələrə ehtiyac var. Mənfi təbii və bəşəri şərtlər həm də Fars körfəzini təhdid edir”.

  Qeyd edək ki, İranda son illər təsirini göstərən quraqlıq ölkənin Qərbi Azərbaycan əyalətindəki Urmiya gölü və İsfahandakı Zayende çayı kimi su mənbələrinin böyük qisminin qurumasına səbəb olub. Quraqlıq kənd təsərrüfatına mənfi təsir edib, əkinçiliyə ziyan vurub, kənd adamları şəhər mərkəzlərinə doğru köç etməyə məcbur qalıb.



Әlaqәli Xәbәrlәr