Cim Mattisdən Münbiç açıqlaması

ABŞ Müdafiə naziri Cim Mattis Türkiyə və ABŞ hərbçilərinin Münbiçdə birgə nəzarət fəaliyyəti  üçün lazımi təlimlərin 3 gün ərzində başlayacağını açıqladı.

1034670
Cim Mattisdən Münbiç açıqlaması

  Latın Amerikasına səfər edən ABŞ Müdafiə naziri Cim Mattis təyyarədə onu müşayiət edən amerikan mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 Mattis Münbiç ətrafında koordinasiyalı, lakin müstəqil fəaliyyəti davam edən Türk və amerikan hərbi qüvvələrinin nə zaman birgə nəzarət fəaliyyətinə başlayacağına dair bir verilən suala: "72 saat içində deyə bilərəm. Çox yaxında, bəlkə də daha əvvəl" şəklində cavab verdi.
 
Müdafiə naziri sözügedən təlimlər üçün müvafiq personalın və avadanlıqların hazırda Türkiyədə olduğunu qeyd etdi, ancaq detallar barədə məlumat verməyəcəyini bildirdi.
 
Mattis birgə nəzarət fəaliyyətinin nə zaman başlayacağı barədəki suala cavab vermədi.



Әlaqәli Xәbәrlәr