İdlibdə bombalı hücum törədildi, iki mülki vətəndaş həlak oldu

Suriyanın İdlib şəhərində bomba yüklənmiş  maşının partladılması nəticəsndə 2 mülki vətəndaş həlak oldu, ən azı 13 nəfər yaralandı.

1024800
İdlibdə bombalı hücum törədildi, iki mülki vətəndaş həlak oldu

Mülki müdafiə mənbələrindən alınan məlumata görə, Suriyanın İdlib şəhərinin mərkəzində bomba yüklü maşın partladılıb.

Partlayış nəticəsində bir qadın və bir uşaq həlak olub.

Mülki müdafiə dəstələrinin müdaxiləsindən sonra yaralılar ətrafdakı xəstəxanalara çatdırılıblar.

Partlayış nəticəsində ətrafdakı binalara və çox sayda nəqliyyat vasitəsinə zərər dəyib.

 

 

 



Әlaqәli Xәbәrlәr