İsrail əsgərləri fələstinli jurnalisti nəzarətə götürdülər

İsrail əsgərləri İordan çayının işğal altındakı qərb sahilində fələstinli jurnalisti nəzarətə götürdülər.

1023889
İsrail əsgərləri fələstinli jurnalisti nəzarətə götürdülər

İsrail əsgərləri İordan çayının işğal altındakı qərb sahilində fələstinli jurnalisti nəzarətə götürdülər.

Şahidlərin verdiyi məlumata görə, "Quds Press" adlı xəbər agentliyinin müxbiri Məhəmməd Ənvər Mona Nablus şəhərinin Zavata kəndindəki evində İsrail əsgərləri tərəfindən nəzarətə götürülüb.

Monanın yaxalanmasına reaksiya göstərən kənd sakinləri ilə İsrail əsgərləri arasında qarşıdurma yaranıb.

Əsgərlər basqına reaksiya göstərən fələstinlilərə plastik güllə və gözyaşardıcı qazla hücum edblər.

İsrail ordusundan verilən açıqlamada "terror aktları ilə əlaqəli olma" iddiası ilə İordan çayının qərb sahilinin fərqli bölgələrində 9 fələstinlinin İsrail qüvvələri tərəfindən saxlanıldığı bildirildi.

İsrail bazar ertəsi günü İordan çayının qərb sahilində "Al-Quds" televiziyasında sərbəst müxbirlik edən 4 jurnalisti həbs etmişdi.

Yerli mənbələrə görə, İsrail həbsxanalarında 20-dən çox fələstinli jurnalist vardır.

İsrail hərbçiləri işğal altındakı ərazilərdə tez-tez evlərə basqln edərək, müxtəlif iddialarla fələstinliləri həbs edirlər.

Fələstin Əsirlər Cəmiyyətinin məlumatlarına görə, İsrail həbsxanalarında 513-ü ömürlük həbsə məhkum edilən təxminən 6 min fələstinli saxlanılır.


 



Әlaqәli Xәbәrlәr