Kabildə bombalı hücum, ölənlər var

Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti dəfə terror aktı törədilib. Terror nəticəsində azı 4  polis əməkdaşı  həyatını itirib.

1019591
Kabildə bombalı hücum, ölənlər var

Kabil polis baş idarəsinin  sözçüsü Həşmət Stanikzeyin məlumatına  görə   paytaxt şəhərin Bağe Daud rayonunda terrorçu kamikadze özünü partladıb. Nəticədə 4 hüquq mühafizə əməkdaşı ölüb 5 nəfər isə yaralanıb.   Terror aktına  görə   məsuliyyəti   terror  təşkilatı   "Taliban" üzərinə götürüb. Taliban sözçüsü Zabihullah Mücahid bomba   yerləşdirilmiş  avtomobilin  partladıldığı  terror  aktı  nəticəsində   çox  sayda   kəşfiyyat işçisinin  də   yaralandığını  irəli  sürüb.  



Әlaqәli Xәbәrlәr