İranın Xarici İşlər nazirindən Donald Trampa cavab: "Diqqətli ol"

İran Xarici İşlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampa: "diqqətli ol" şəklində cavab verdi.

1017940
İranın Xarici İşlər nazirindən Donald Trampa cavab: "Diqqətli ol"

İran Xarici İşlər naziri Cavad Zərif Twitter hesabından bölüşdüyü ismarışında  ABŞ prezidenti Donald Trampın son açıqlamalarına reaksiya göstərdi
 
Xarici İşlər naziri bunları qeyd etdi: "Bunun bizə təsiri olmadı. Dünya bir neçə ay əvvəl daha sərt hay-küylərə şahid oldu. İranlılar "daha mədəni olanlar"dan 40 ildir ki, bu çığırtıları eşidir. Biz min ildir ki, varıq və bəzi ölkələrin ömründən daha çox həyatda qalan öz imperiyamız da daxil olmaqla,  bir çox imperiyanın süqutunu gördük. Diqqətli ol!"
 
 Xatırladaq ki, İran prezidenti Həsən Ruhani açıqlamasında ABŞ rəhbərliyini  "təhdid" etmiş, Tramp da buna qarşılıq verərək, Twitter hesabından bölüşdüyü ismarışında Ruhaniyə bir daha ABŞ-ı təhdid etməməsi üçün sərt bir dillə "xəbərdarlıq etmişdi".



Әlaqәli Xәbәrlәr