Tehrandakı 20 mərtəbəli Parmis Biznes Mərkəzində yanğın

“Yanğın 6-cı mərtəbədən başlayıb və binanın ən üst qatlarına qədər çatb", C.Mələki

1017094
Tehrandakı 20 mərtəbəli Parmis Biznes Mərkəzində yanğın

  İranın paytaxtı Tehrandakı 20 mərtəbəli Parmis Biznes Mərkəzində çıxan yanğında 24 nəfər yaralandı.

  Paytaxtın şimal-qərbindəki Ruhe Ahen məhəlləsində yerləşən Parmis Biznes Mərkəzində çıxan yanğınla bağlı Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Mələki İran dövlət televiziyasına məlumatında deyib: “Yanğın 6-cı mərtəbədən başlayıb və binanın ən üst qatlarına qədər çatb".

  İranlı Tələbələr İnformasiya Agentliyi İSNA-nın da məlumatına görə, tüstüdən təsirlənən və yaralanan 24 nəfər hadisə yerindəcə müayinə edilib.



Әlaqәli Xәbәrlәr