İran fəhlələri sosial haqqlarıyla bağlı etiraz bildirdilər

Tehranda Səhiyyə Nazirliyi binası qarşısında keçirilən mitinqdə çıxış edən Tehran Fəhlələri Koordinasiya Şurasının sədri Hüseyn Həbibi deyib...

1013468
İran fəhlələri sosial haqqlarıyla bağlı etiraz bildirdilər

  İran fəhlələri sosial haqqlarının verilmədiyinə görə paytaxt Tehranda etiraz bildiriblər.

  İranlı İşçilər İnformasiya Agentliyi İLNA-ya görə, Tehranda Səhiyyə Nazirliyi binası qarşısında keçirilən mitinqdə çıxış edən Tehran Fəhlələri Koordinasiya Şurasının sədri Hüseyn Həbibi deyib: "Təəssüf ki, inqilabdan sonra iş başına gələn hökumətlər 40 ildir ki, fəhlələrin haqlarını vermir… Səhiyyə naziri Həsən Haşimi işçilərin səhiyyə sahəsindəki haqqlarını yox edən adamların başında gəlir. O, 70-120 dərmanı sığorta xəttindən çıxarıb. Bu vəziyyət sığortasını ödəyən işçilərin haqqlarına əl uzatmaqdan başqa bir şey deyil”.

  Şərqi Tehran Fəhlələri qrupunun sədri Fətullah Beyati də bəzi dərmanların sığorta çərçivəsindən çıxarılmasının işçilərə xəyanət olduğunu deyib: “Bəzi Səhiyyə Nazirliyi əməkdaşları və millət vəkilləri Konstitusiya Qoruyucular Şurasının razılığı ilə işçilərin hüquqlarını əllərindən alır".

  Xatırladaq ki, Səhiyyə naziri Həsən Haşimi tibb fakültələrinin olduğu universitetlərin rektorları ilə 15 iyulda Tehranda bir araya gəlmiş, çıxışında ölkədəki dərman sıxıntısına toxunaraq Amerika Birləşmiş Ştatlarının İrana qarşı sanksiyalarının dərman və tibbi ləvazimatları da əngəllədiyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr