İraqda terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyat keçirilir

Bu barәdә yerli polis mәlumat yayıb.

1005953
İraqda terror tәşkilatı DEAŞ-a qarşı әmәliyyat keçirilir

İraqın Kәrkük şәhәrindә  terror tәşkilatı DEAŞ-a qarşı  әmәliyyat keçirilir.

Bu barәdә yerli polis mәlumat yayıb. Mәlumatda  әmәliyyatın  terror tәşkilatı DEAŞ-ın Kәrkükdә vaxtaşırı törәtdiyi  hücumlarının  qarşısını almaq mәqsәdi ilә keçirildiyi bildirilir.

İraq Hәrbi Hava Qüvvәlәrinin dә әmәliyyata dәstәk verdiyi vurğulanıb.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ iyun ayının sonunda 8 tәhlükәsizlik xidmәti әmәkdaşını girov götürәrәk edam etmişdi.

Xatırladaq ki, İraqın Baş naziri Heydәr әl-İbadi 2017-ci ilin dekabr ayında DEAŞ-ı mәğlub etdiklәrini açıqlamışdı.

Kərkük, Diyala, Səlahəddin və Әnbar vilayətlərinin dağlıq bölgәlәrindә hərbi mövcudluğunu  davam etdirən DEAŞ vaxtaşırı təhlükəsizlik qüvvələrini hədəf almağa davam edir.



Әlaqәli Xәbәrlәr