"Ruhaninin hökumətdəki iqtisadiyyat qrupu dəyişməlidir', M.R.İbrahimi

Məclisdə mətbuat nümayəndələrinə açıqlama verən İbrahimi deyib...

1000981
"Ruhaninin hökumətdəki iqtisadiyyat qrupu dəyişməlidir', M.R.İbrahimi

  İran Parlamenti İqtisadi Komissiyasının sədri Məhəmməd Rza pur İbrahimi prezident Həsən Ruhaninin hökumətdəki iqtisadiyyat qrupunu dəyişdirməsi lazım olduğunu söylədi.

   Məclisdə mətbuat nümayəndələrinə açıqlama verən İbrahimi deyib: “Dövləti idarə edənlərin bu iqtisadiyyat qrupunun problemi həll edəcəklərini düşünmürük. Əgər Ruhani iqtisadiyyat qrupunu dəyişmək üçün üzərinə düşəni etməzsə, məclis qanunlar çərçivəsində lazımi cəhdləri edəcəkdir… Ölkədəki iqtisadi problemlər narahatedici səviyyədədir. İqtisadi rəhbərlik problemi ölkənin mühüm məsələlərindən biridir. Hökumət lazımi addımları atmalıdır".  

  İran Parlamenti İqtisadi Komissiyasının sədri Məhəmməd Rza Pur İbrahimi iqtisadiyyatdakı pis gedişatla bağlı Büdcə Komissiyası ilə birlikdə ölkə rəhbəri H.Ruhaniyə xitabən məktub yazdıqlarını da bildirib.



Әlaqәli Xәbәrlәr