İki həmkar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında Dağlıq Qarabağ probleminin həlli üçün tərəflərə kömək göstərməkdə davam edəcəklərini söyləyib.

988144

Erməni həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdiklərini deyən Lavrov istər rəsmi Yerevan  istərsə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)  Minsk qrupunun həmsədri kimi ölkəsinin  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında tərəflərə yardım göstərməyə davam edəcəyini söyləyib.

Lavrov ayrıca Ermənistanın paytaxt şəhərində bu ayın sonunda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası ilə bağlı hazırlıqların da müzakirə olunduğunu qeyd edib. 

Әlaqәli Xәbәrlәr