"Balkanlardakı NATO təlimlərini yaxından izləyir və lazımi tədbirlər görürük", D.Peskov

Jurnalistlərin NATO-nun Baltik ölkələrində başladığı "Qılınc zərbəsi 18" hərbi təlimilə bağlı suallarını cavablandıran D.Peskov deyib...

985725
"Balkanlardakı NATO təlimlərini yaxından izləyir və lazımi tədbirlər görürük", D.Peskov

  Rusiya Dövlət Administrasiyasının mətbuat katibi Dmitri Peskov ölkəsinin her zaman sərhədləri yaxınlığında gerçəkləşən NATO təlimlərini yaxından izlədiyini və lazımi təhlükəsizlik tədbirlərin görüldüyünü açıqlayıb.

   NATO-nun Baltik ölkələrində başladığı "Qılınc zərbəsi 18" hərbi təlimilə bağlı jurnalistlərin suallarını cavablandıran D.Peskov deyib: “Rəsmi Moskva Rusiya sərhədlərində keçirilən NATO-nun bütün hərbi manevrlərini yaxından təqib edir və əlbəttə ki, bu cür təlimlər qarşısında ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür".

  Qeyd edək ki, Polşa, Litva, Latviya və Estoniyanı da əhatə edən və 20 ölkədən 18 min əsgərin iştirak etdiyi təlim NATO ittifaqının şərq qanadını qorumağı qarşısına məqsəd qoyur.

  Hərbi təlimlər 15 iyuna qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr