Peşmərgənin  Kərkükdə fəaliyyət göstərəcəyi ilə bağlı xəbərlər əsassızdır

Bunu İraq Terrorla Mübarizə Polis Qüvvələri 2-ci Diviziya komandiri Maan əs-Səəd bildirdi.

982670
Peşmərgənin  Kərkükdə fəaliyyət göstərəcəyi ilə bağlı xəbərlər əsassızdır

İraqın Kərkük şəhərində Peşmərgə qüvvələrinin yenidən fəaliyyət göstərəcəkləri ilə bağlı iddialar təkzib olundu.

İraq Terrorla Mübarizə Polis Qüvvələri 2-ci Diviziya komandiri Maan əs-Səədi məsələ ilə bağlı Anadolu Xəbər Agentliyinə açıqlama verdi.
 
 Maan əs-Səədi: "Peşmərgənin  Kərkükdə fəaliyyət göstərəcəyi ilə bağlı sosial mediada paylaşılan xəbərlər əsassızdır" dedi.
 
 Səədi Daxili İşlər Nazirliyindən gələcək ikinci bir əmrə qədər şəhər mərkəzinin təhlükəsizliyini təmin etməyə davam edəcəklərini vurğulayaraq: " Kərkükün heç bir yerində təhlükəsizliyi təmin edən başqa bir qüvvə yoxdur" ifadəsini işlətdi.
 
Qeyd edək ki,  İraq ordusu federal polis və Haşdi Şabi qüvvələri 16 oktyabr 2017-ci ildə Peşmərgənin çəkilməsindən sonra konfliktsiz şəkildə Kərkükə nəzarəti təmin etmişdi.



Әlaqәli Xәbәrlәr