Rakkada ərəb-PYD/YPG toqquşması

Suriyanın Rakka bölgəsində terror təşkilatı PKK-nın qolu olan PYD/YPG-nin işğalına qarşı mübarizə aparan silahlı ərəb qrup təşkilatla toqquşub.

980617
Rakkada ərəb-PYD/YPG toqquşması

Suriyanın Rakka bölgəsində terror təşkilatı PKK-nın qolu olan PYD/YPG-nin işğalına qarşı mübarizə aparan silahlı ərəb qrup təşkilatla toqquşub.

Rakkalı dinc vətəndaşlar da terrorçuların qəsəbəni tərk etməsi üçün nümayiş keçirib.

Rakka İnqilabçıları (Süvvar əl-Rakka) adlı ərəb qrupun PKK/PYD/YPG-nin fəaliyyətlərinə son qoyaraq bölgədəki ərəbləri özünə cəlb etmək və bəzi gəncləri silahlandırma fəaliyyətlərinə görə dünən axşam radələrində başlayan toqquşmalar gecə gəc saatlaradək davam edib.

Toqquşmalar Rakkanın Rumeyla məhəlləsi və Barazi bölgəsinə də yayılıb.

PKK/PYD/PYG bölgəyə xeyli sayda əlavə qüvvələr göndərərək, Rakka İnqilabçılarının qərargah kimi istifadə etdiyi 17-ci briqada ilə xeyli sayda məhəlləni mühasirəyə salıb.

Toqquşmalar gecə gəc saatlarda başa çatdıqda, terrorçuların mühasirəsində olan məhəllə və küçələrdə dinc vətəndaşlar “YPG Rakkadan çıxsın” şüarları ilə küçələrə axışıb.  

Etiraz nümayişlərində terror təşkilatlarının ərəb torpaqlarını tərk etməsini istənib.

Bir dövr terror təşkilatı DEAŞ-ın qalası olan Rakka 2017-ci il oktyabr ayında ABŞ-ın hava dəstəyilə PKK/PYD/YPG-nin nəzarətinə keçmişdi.  



Әlaqәli Xәbәrlәr