Kərkük valisi Rakan Said: "Seçkilərin elan edilən nəticələrini qəbul etmirik"

İraqın Kərkük şəhərindəki ərəblər parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını və bu nəticələri qəbul etmədiklərini bildirdilər.

974812

 Kərkük valisi Rakan Said mətbuat konfransı keçirərək  seçkilərin nəticələrinin ciddi və aşkar şəkildə təhrif edildiyinin sübut olunması üçün minlərlə vətəndaşın günlərdir etiraz  etdiyini vurğulayaraq dedi: "Son nəticələrin elan edilməsinə baxmayaraq, səsvermə bülletenlərinin əllə sayılmasını tələb edirik. Təəssüf ki, bütün bu olanlar Kərkükdəki etnik qruplar arasında sülhü təhlükə altına qoyur. Kərkükdəki seçki komissiyası mərkəzinə gətirilməyən və səsləri sayılmayan 306 seçki qutusu var. Bu qutuların içində hansı siyasi partiyaya nə qədər səs verildiyi hələ də məlum deyil".

 Qeyd edək ki, İraqın Kərkük şəhərindəki Türkmənlər, 12 may, şənbə günü keçirilən parlament seçkilərindən sonra sıx  yaşadıqları bölgələrdə verdikləri səslərin kürd partiyalarının xeyrinə təhrif edildiyini bildirərək mitinqlər keçirirlər.

Әlaqәli Xәbәrlәr