İsrail hərbçiləri İordan çayının Qərb sahilində 19 fələstinlini nəzarətə götürdülər

Fələstinin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında 6500 fələstinli var.

971395
İsrail hərbçiləri İordan çayının Qərb sahilində 19 fələstinlini nəzarətə götürdülər

İsrail ordusundan verilən məlumatda İordan çayının qərbində gecə fərqli bölgələrdə  təşkil olunan əməliyyatlarda "terror aksiyalarında iştirak etdikləri"  iddiası ilə 19 fələstinlinin nəzarətə götürüldüyü bildirilir.

İordan çayının işğal altındakı Qərb sahilində və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri fəqrli iddialarla fələstinliləri həbs edirlər.

Fələstinin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında 6500 fələstinli var.

"İdari həbs" tətbiqi ilə fələstinlilər İsraildə 1-6 ay həbsxanada saxlanıla bilirlər.

Barəsində "İsrailin təhlükəsizliyi üçün təhlükə təşkil  edir" qərarı çıxan fələstinlilərin həbs müddəti isə 5 ilə qədər uzadıla bilər.



Әlaqәli Xәbәrlәr