Putin Bərzaninı paytaxt Moskvada qəbul edib

Rusiya prezidenti Vladimir Putin, İraq Kürd Rəhbərliyinin Baş naziri Nəcirvan Bərzaninı paytaxt Moskvada qəbul edib.

968052
Putin Bərzaninı paytaxt Moskvada qəbul edib

İraq Kürd Rəhbərliyi Baş nazirinin ofisindən verilən açıqlamada “N.Barzani, prezident V.Putinin rəsmi dəvətinə görə, 9 May Zəfər Bayramı münasibətiylə təşkil edilən hərbi paradda iştirak edib”.

Bəyanatda həmçinin bildirilib ki, hərbi paraddan sonra Putin və Bərzani ikilikdə görüş keçirib. Danışıqlar zamanı Rusiya ilə İraq Kürd rəhbərliyi arasındakı münasibətlərin mövcud və gələcəkdəki mövqeyi müzakirə edilib. Putin ölkəsinin İraq Kürd rəhbərliyinə iqtisadiyyat və enerji başda olmaqla hər sahədə dəstəyinin davam edəcəyini qeyd edib.

Bərzani də, Putinə Rəsmi dəvətinə görə minnətdarlığını bildirib. Rusiyanın İraq Kürd rəhbərliyində həyat keçirılməsi nəzərdə tutulan enerji və investisiya layihələrinə lazımlı dəstəyi verdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr