Rus qırıcısı Suriyada qǝzaya uğrayıb

Suriyada Rusiyanın Hmeymim hərbi hava bazasından qalxan Su-30SM hərbi təyyarəsi qəzaya uğrayıb.

963204
Rus qırıcısı Suriyada qǝzaya uğrayıb

Təyyarəni son ana qədər xilas etmək istəyən hər iki pilotun həyatını itirdiyi bildirilir.  Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Su-30SM təyyarəsinin dənizə düşdüyü  qeyd edilir. İlkin məlumatlara əsasən, təyyarənin qəzaya uğrama səbəbi kimi mühərrikinə quşun daxil olması göstərilir. Qəzanın baş verməsinin səbəblərinin araşdırılmasına başlandığı qeyd edilir.

Qeyd edǝk ki, Lazkiye əyalətindəki Himeymim, Rusiyanın Suriyadakı hava hücumlarını idarə etdiyi mǝkǝzdir.



Әlaqәli Xәbәrlәr