İran Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulur

Rusiyanın rəhbərliyindəki Avrasiya iqtisadi Birliyi ilə İran arasında azad ticarət zonası yaradılmasını nəzərdə tutan razılaşma mətni Rusiya baş naziri Dmitri Medvedev tərəfindən təsdiq edilib.

957909
İran Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulur

Rusiya hökumətinin rəsmi saytında yayımlanan razılaşma mətni, Avrasiya iqtisadi birliyinə üzv ölkələr ilə  İran arasında müəyyən məhsulları əhatə edən azad ticarət zonasının yaradılmasına imkan yaradır.

Rusiya-İran Hökumətlərarası Komissiyasının həmsədri Rusiya Enerji naziri Aleksandr Novakın sözlərinə görə, saziş ilə iki ölkə arasındakı ticarət dövrüyəsi artacaq.

Qeyd edək ki, Rusiya ilə İran arasında sərbəst ticarət zonası yaradılmasına dair danışıqlara üç il əvvəl start verilmiş, ancaq dəfələrlə dayandırılmışdı. Avrasiya iqtisadi birliyinə hazırda Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir.



Әlaqәli Xәbәrlәr