Şərqi Qutadan təxliyə işləri davam edir

Suriyada Bəşər Əsəd rejimi tərəfindən mühasirə edilən Şərqi Qutanı tərk etmək məcburiyyətində qalanları daşıyan 14-cü karvan Fərat Qalxanı Əməliyyatı ilə azad edilmiş Əl-Baba çatıb.

944058
Şərqi Qutadan təxliyə işləri davam edir

22 avtobusdan ibarət 14-cü karvanda 400-ü uşaq və 100-ü yaralı olmaqla 1440 nəfər var. Bununla yanaşı Şərqi Qutadan evakuasiya edilənlərin sayı 50 min nəfərə çatıb.

Qeyd edək ki, 28 avtobusdan təşkil tapan 13-cü karvan da dünən səhər müxalifət və anti-rejim silahlı qrupların nəzarətində olan İdlib və Hələbin qərb ərazilərinə çatmışdı.



Әlaqәli Xәbәrlәr