‘‘Zeytun Budağı’’ әmәliyyatında 3444 terrorçu zәrәrsizlәşdirildi

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yaydı.

929271
‘‘Zeytun Budağı’’ әmәliyyatında 3444 terrorçu zәrәrsizlәşdirildi

Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı  ‘‘Zeytun Budağı’’ әmәliyyatında zәrәrsizlәşdirilәn terrorçu sayı 3444-ә çatıb.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yaydı.

Mәlumatda sərhədlər və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək, Suriyanın şimal-qərbindəki Afrində PYD/YPG/PKK/KCK və DEAŞ mənbuslarını zərərsizləşdirmək, dost və qardaş xalqı terrorçuların təzyiq və zülmündən xilas etmək məqsədilə  yanvarın 20-dә başlanan әmәliyyatın davam etdirildiyi vurğulanıb.

Məlumatda əməliyyatın başladığı gündən indiyədək zərərsizləşdirilən terrorçu sayının 3444-ə çatdığı qeyd edilib.

Bu arada Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Orusu (ASO) Afrində daha 8 kəndi terrorçuylardan təmizlədi.

TSQ və ASO Afrinin Kori Gul, Çolağan, Göz, Marratah, Şatiyan, Yuxarı Kaferdel və Kuran kəndlərini PYD/YPG/PKK/KCK və DEAŞ-lı terrorçulardan azad etmişdir.

"Zeytun budağı" əməliyyatı başladığı gündən 185-i kənd, 37-si kritik nöqtə olmaqla cəmi 222 bölgəyə nəzarət ələ keçirilib.



Әlaqәli Xәbәrlәr