Suriya müxalifləri BMT-yə çağırış etdilər

Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr  Koalisiyası Rusiyanın İdlibə hücumlarının dayandırılması ilə bağlı BMT TŞ-nı hərəkətə keçməyə çağırdı.

903532
Suriya müxalifləri BMT-yə çağırış etdilər

Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr  Koalisiyası Rusiyaya məxsus döyüş təyyarələrinin deeskalasıya zonası olan İdlibin fərqli səmtlərinə etdiyi  hücumlardan sonra yazılı açıqlama yaydı.

Açıqlamada BMT TŞ təcili olaraq hərəkətə keçməyə və  Rusiya ilə bağlı qərar qəbul etməyə çağırılır.

Açıqlamada:" Beynəlxalq ictimaiyyətdən hücumların qınanılması, İdlib, Quta və bütün Suriyada mülki vətəndaşları xilas etmək və hücumlara son qoymaq üçün hər səviyyədə fəaliyyət gözlənilir" deyilir.

Əsəd rejiminin İdlibin Serakib rayonuna hücumda xlor qazından istifadə etdiyi də qeyd edilən açıqlamada bu hücumlar BMT qərarlarının "təkrarən  pozulması" kimi səciyyələndirilir.

Açıqlamada Rusiya qırıcılarının bazar günü Kəfrənbil, Maarretinuman, Murek, Xan Şeyxun və Ummu əl-Halahil rayonlarına etdiyi hücumların sayının 40-dan çox olduğu ifadə olunur.

 

 

 

 



Әlaqәli Xәbәrlәr