Suriyalılar "Zeytun Budağı" əməliyyatına dəstək nümayiş etdirdilər

Suriyada  Hələbin Azez rayonunun sakinləri Türkiyə Silahlı Qüvvələri  və Azad Suriya Ordusu tərəfindən Afrindəki terror hədəflərinə qarşı həyata keçirilən "Zeytun Budağı" əməliyyatına dəstək nümayişi keçirdilər.

899542

 Suriyalılar Babüssəlamə sərhəd məntəqəsi yaxınlığında  Burseya dağının terrorçulardan təmizlənməsi münasibətilə toplaşdılar.
 
 Əllərində "inqilab" bayraqları ilə "Zeytun Budağı" əməliyyatına dəstək şüarları səsləndirən azezlilər üzərində"Bizim müharibəmiz kürdlərlə deyil, qəsbçi PKK və PYD terror təşkilatlarına qarşıdır", "Türkiyə Ordusunu və Azad Suriya Ordusunu Burseya qələbəsinə görə bütün qəlbimizlə təbrik edirik" yazılan plakatlar qaldırdılar.

Әlaqәli Xәbәrlәr