Rusiyadan Zeytun Budağı Əməliyyatı açıqlaması

Rusiya Müdafiə Nazirliyi Suriya – ABŞ son proseslərilə bağlı yazılı açıqlama verib...

893217
Rusiyadan Zeytun Budağı Əməliyyatı açıqlaması

  Rusiya Müdafiə Nazirliyi Suriya – ABŞ son proseslərilə bağlı yazılı açıqlama verib: “Suriyanın şimal-qərbindəki böhran vəziyyətinin inkişafına təkan verən başlıca amil ABŞ tərəfindən atılan təxribatçı addımlardır. Pentaqon Suriyadakı ABŞ tərəfdarı silahlı qrupları müasir silahlarla təmin edir. Bu səbəbdən Türkiyə Afrinə qarşı əməliyyata başladı. Amerika Birləşmiş Ştatlarının Suriyadakı məsuliyyətsiz davranışları bölgədəki sülh prosesinə təhdiddir. ABŞ-ın Suriyada kürd əhalinin sıx olduğu əraziləri ölkədən qoparmağa çalışır.”

  Bu arada, Rusiyanın Baş Qərargah rəisi Valeri Qerasimov mövzuyla bağlı Amerika Birləşmiş Ştatlarının ordu başçısı Yozef Dunfordla telefonda danışıb. Rusiya tərəfi iki ölkənin səhv hesablamaların qarşısını almaq üçün yaxın əlaqədə olmaq əhəmiyyətini vurğulayıb. Tərəflər danışıqların mahiyyətinin gizli qalmasına qərar veriblər.



Әlaqәli Xәbәrlәr