"Mübahisələr, narahatlıqlar və etirazlar İranın gələcəyi üçündür",İ.Cahangiri

İran prezidentinin birinci müavini İshaq Cahangiri gözləntiləri yerinə yetirilməyən xalqın iqtisadiyyat, siyasət və mədəniyyət sahəsində problemləri olduğunu söyləyib.

884678

Sabiq prezident Ayətullah Haşimi Rəfsancaninin vəfatının 1-ci ildönümü münasibətilə paytaxt Tehrandakı Liderlər Konfrans Salonunda keçirilən anım tədbirində çıxış edən Cahangiri 2017-ci il dekabrın 28-də başlayan və bir həftəyə yaxın davam edən etirazlara toxunaraq deyib ki, xalqımızın iqtisadi, siyasi və mədəni problemləri var. Mübahisələr, narahatlıqlar və etirazlar İranın gələcəyi üçündür. Xalqın gözləntiləri yerinə yetirilməlidir. Əlaqə saxlamaq üçün yolları açıq tutmalıyıq ki, etirazlar zorakılıq və nifrətə çevrilməsin. Bu məsələ ölkənin vahidliyinə zərər verir. Dialoq ölkə problemlərini həll etmə yoludur.

Sabiq prezident Rəfsancaninin xalqın problemlərini başa düşən siyasi xadim olduğunu bildirən Cahangiri İranın ərəb ölkələrilə əlaqələrinin ən yaxşı olduğu dövrün Rəfsancaninin prezident işlədiyi zaman olduğunu sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr