İranda indi də hakimiyyəti dəstəkləyənlərin  yürüşü keçirilir

İranda cümə axşamı günü başlayan etiraz aksiyalarında indi də hakimiyyəti dəstəkləyənlər küçələrə axışdı.

880856
İranda indi də hakimiyyəti dəstəkləyənlərin  yürüşü keçirilir

İranda cümə axşamı günü başlayan etiraz aksiyalarında indi də hakimiyyəti dəstəkləyənlər küçələrə axışdı.

İran dövlət televiziyası bugün səhər müxtəlif şəhərlərdə on minlərlə hakimiyyət tərəfdarının yürüş üçün toplandığını bildirdi.

Rejim lehinə nümayişlər dini lider Ayətullah Əli Xamneyinin hadisələrlə əlaqəli olaraq “İranın düşmənlərinin” müharibə yaratmağa cəhd göstərdiyi barədəki açıqlamasından dərhal sonra başlayıb.

Ölkədə son günlərdə keçirilən rejim əleyhinə aksiyalar və küçələrdəki nümayişlərə etiraz etmək üçün İran hakimiyyətinin xalqı dəvət etməsi qarşısında rejim tərəfdarları Ahvaz, Abadan, Gorqan, İylam, Ərak, Hurrəm Abad, Kirmanşah, Buşehr şəhərlərində “rejimə dəstək” mitinqi keçirib.

Nümayişçilər “Liderimiz biz hazırıq!”, “Lənət olsun ABŞ-a”, “Lənət olsun Səudiyyə Ərəbistanına” və “Lənət olsun fitnəçi və riyakar” şüarları səsləndiriblər.

Digər tərəfdən İran lideri Əli Xamneyə bağlı Təbliğat qurumu tərəfindən cümə günü keçiriləcək rejimə dəstək mitinqinin təxirə salındığı bildirilib.

Müxalifət də paytaxt Tehran, İsfahan, Hamədan, Hürrəmabad, Buşəhr, Ahvaz, Abədan kimi şəhərlərdə gecə saatlarında etiraz aksiyaları keçirilib və rejim əleyhinə şüarlar səsləndirilib.

Məşhəd Süleyman şəhərində xeyli sayda silah səsləri eşidilib və təcili maşınlar xəstəxanalara yaralıları dayışıb.

Hadisələrdə ölən olub olmadığı hələ də məlum deyil.

Sosial şəbəkəyə əks edən kadrlarda yüzlərlə etirazçının küçələrdə olduğu görünür.

İsfahan əyalətinə bağlı Kəhdəricanda polis mərkəzinə girməyə cəhd edən beş etirazçının atəş edilərək öldürüldüyünə dair hadisənin görüntüləri də ortaya çıxıb.

Bu arada müxalifət ən azı 23 nəfərin öldüyü ölkədə ölümlərin hansı şəhərlərdə olduğunu göstərən xətirə yayıb.

Ölənlərdən ikisinin tələbə olduğu müəyyənləşdirilib.

Məşhəd şəhərində cümə axşamı günü hər hansı bir siyasi partiyanın dəvəti olmadan toplanan bir qrup ölkədəki iqtisadi şərtlərə etiraz etmək məqsədilə nümayiş keçirmişdi.

Rejim əleyhinə etirazlara çevrilən nümayişlər ölkənin müxtəlif şəhərlərində davam edir.



Әlaqәli Xәbәrlәr