"Ər-Riyadda buraxılan raket bu ölkənin təcavüzkarlığının cavabıdır",H.Ruhani

İran prezidenti Həsən Ruhani Yəməndən sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda buraxılan raketin bu ölkənin təcavüzkarlığına cavab olduğunu söyləyib.

843531

İranın “Tasnim” xəbər agentliyinin məlumatına əsasən, Ruhani bildirib ki, yəmənlilər ölkələrinin bombalanmasına necə reaksiya göstərməlidir? Öz silahlarından istifadə etmələrinə icazə verilmir? Əvvəl siz bombardmanı dayandırın və yəmənlilərin eyni addımı atıb atmadıqlarını baxın.

Ruhani Yəmən, İraq, Suriya və Səudiyyə Ərəbistanıda inkişaf və rifah istədiklərini, bunun üçün də dostluq, qardaşlıq və qarşılıqlı köməkləşmədən özgə yol olmadığını ifadə edib.

İran prezidenti həmçinin Səudiyyə Ərəbistanına İranın gücü barədə xəbərdarlıq da edib.  

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şənbə günü Ər-Riyada buraxılan raketə görə Tehranı məsul tutmuş və cavab vermə haqqına sahib olduğunu açıqlamışdı.

İran isə Husiləri silahla təmin etmədiklərini, raketin Husilərə məxsus olduğunu bəyan etmişdi.

Әlaqәli Xәbәrlәr